Bakı. Trend:
Sakit okeanda, Yeni Kaledoniya sahillərində Rixter cədvəli ilə 7,2 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, təkanlarla əlaqədar sunami xəbərdarlığı elan edilib.
Zəlzələnin episentri Yeni Kaledoniyadan 280 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik hər hansı bir itki və ya fəsad barədə məlumat verilməyib.