...

Liqa 1: "PSJ" "Klermon"u darmadağın edib, Neymar və Mbappe het-trik ediblər

Dünya xəbərləri Materials 10 Aprel 2022 04:51 (UTC +04:00)
Liqa 1: "PSJ" "Klermon"u darmadağın edib, Neymar və Mbappe het-trik ediblər

Bakı. Trend:

Futbol üzrə Fransa çempionatının 31-ci turu çərçivəsində "PSJ" klubu "Klermon"un qonağı olub.

Trend-in məlumatına görə, oyun qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

PSJ-nin qollarını Neymar (3 qol) və Kilian Mbappe (3) vurublar. Lionel Messi 3 qol ilə nəticələnən ötürmə edib.

Qeyd edək ki, PSJ 31 turdan sonra 71 xalla turnir cədvəlində liderdir, "Klermon" isə 28 xalla 17-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti