...

Yaponiyada omikron ştammının XE növünə ilk yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 11 Aprel 2022 19:19 (UTC +04:00)
Yaponiyada omikron ştammının XE növünə ilk yoluxma qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada koronavirusun omikron ştammının XE alt növünə ilk yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Yaponiya mətbuatı bildirib.

Qeyd olunur ki, yoluxma martın sonunda ABŞ-dan qayıtmış 30 yaşlı qadında aşkar edilib.

Xatırladaq ki, omikronun XE alt növü rekombinant ştamm hesab olunur və daha əvvəl qeydə alınmış BA.1 və BA.2 alt növlərinin hibrididir.

XE ştammı ilk dəfə 2022-ci il yanvarın 19-da Böyük Britaniyada üzə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti