...

Avropa Komissiyası və Aİ Şurasının rəhbərləri Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik ediblər

Dünya xəbərləri Materials 25 Aprel 2022 04:29 (UTC +04:00)
Avropa Komissiyası və Aİ Şurasının rəhbərləri Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik ediblər

Bakı. Trend:

Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri Ursula fon der Lyayen və Şarl Mişel Emmanuel Makronu Fransada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri öz "Twitter" səhifələrində yazıblar.

"Hörmətli Emmanuel Makron, yenidən respublikanın prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Mən əla əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm. Biz birlikdə Fransanı və Avropanı irəli aparacağıq", - deyə Ursula fon der Lyayen bildirib.

"Sizi səmimi qəlbdən təbrik edirəm, hörmətli Emmanuel Makron. Bu çətin zamanlarda bizə vahid Avropa və daha suveren və strateji Aİ-yə tam sadiq olan Fransa lazımdır. Biz Fransaya daha beş il ümid edə bilərik", - deyə Şarl Mişel bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti