...

Böyük Britaniya Ukraynaya dəstək üçün əlavə 1,6 milyard dollar ayıracaq

Dünya xəbərləri Materials 8 May 2022 04:52 (UTC +04:00)
Böyük Britaniya Ukraynaya dəstək üçün əlavə 1,6 milyard dollar ayıracaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti Ukraynaya hərbi, iqtisadi və humanitar yardım göstərmək üçün əlavə 1,3 milyard funt sterlinq (1,6 milyard dollar) göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Birləşmiş Krallığın maliyyə naziri Rişi Sunaka bildirib.

"Biz Ukrayna xalqına dəstəyimizdə sarsılmazıq. Əlavə 1,3 milyard funt sterlinq onların ehtiyac duyduğu lazımi hərbi və əməliyyat dəstəyini təmin etməyə kömək edəcək", - deyə qeyd olunub.

Yeni yardım paketinə daha əvvəl Baş nazir Boris Consonun elan etdiyi 300 milyon funt-sterlinq (375 milyon dollar) dəyərində hərbi texnikanın daxil olduğu deyilib.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti