Bakı. Trend:
Fransada İnterpolun prezidenti Əhməd Nəsir ər-Rəisi barəsində istintaq başlayıb.
Trend-in məlumatına görə, bu barədə Frans-Press agentliyi bildirir.
Qeyd olunur ki, İnterpol rəhbəri işgəncələrdə şübhəli bilinir. Məlumatlara əsasən, ər-Rəisi barədə istintaq martın sonundan etibarən başlayıb. Fransanın Milli Antiterror Prokurorluğu iki britaniyalıdan daxil olan şikayət əsasında Paris ədliyyəsinə istintaqa başlamağı tapşırıb.
Qeyd edək ki, İnterpolun mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşir.
Birləşmiş Ərəb Əmirliklərindən olan Əhməd Nəsir ər-Rəisi ötən ilin noyabrında İnterpolun prezidenti seçilib.