...

Yunanıstan ABŞ-dan F-35 qırıcıları alacaq

Dünya xəbərləri Materials 17 May 2022 03:54 (UTC +04:00)
Yunanıstan ABŞ-dan F-35 qırıcıları alacaq

Bakı. Trend:

Yunanıstan Lockheed Martin şirkəti istehsalı olan beşinci nəsil çoxməqsədli qırıcı-bombardmançı təyyarələrin alınması üzrə ABŞ-la əməkdaşlığa başlayır.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə baş nazir Kiriakos Mitsotakis Ağ Evdə ABŞ prezidenti Co Baydenlə danışıqlardan sonra birgə mətbuat konfransı zamanı bildirib.

O, iki ölkənin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

"Ümid edirəm ki, biz bu təyyarəni silahlı qüvvələrimizin arsenalına əlavə edə biləcəyik. Mən xoşbəxtəm ki, cümə günü Lockheed Martin rəsmi olaraq Yunanıstan sənayesinə sərmayə qoymaqda maraqlı olduğunu bildirdi."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti