...

ABŞ Senatı Ukraynaya 40 milyard dollar yardımı təsdiqləyib

Dünya xəbərləri Materials 19 May 2022 21:34 (UTC +04:00)
ABŞ Senatı Ukraynaya 40 milyard dollar yardımı təsdiqləyib

Bakı. Trend:

ABŞ Senatı cümə axşamı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini təsdiqləyib.

Trend "Ukrinforma" istinadla xəbər verir ki, ABŞ Konqresinin Senatı Nümayəndələr Palatasının ardınca Ukraynaya əlavə 40 milyard dollar vəsaitin ayrılması haqqında H.R.7691 - 2022-ci il qanun layihəsini qəbul edib.

Konqresin aşağı palatası Ukraynaya əlavə yardımın göstərilməsinə dair qanun layihəsini ötən həftə təsdiqləmişdi.

Bu halda sənəd ABŞ prezidenti Co Bayden tərəfdən imzalandığı halda qanuni qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti