...

Pakistanda Türkiyə istehsalı olan "MİLGEM" layihəli üçüncü korvet suya buraxılacaq

Dünya xəbərləri Materials 20 May 2022 01:10 (UTC +04:00)
Pakistanda Türkiyə istehsalı olan "MİLGEM" layihəli üçüncü korvet suya buraxılacaq

Bakı. Trend:

Mayın 20-də Kəraçi limanında Pakistan Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün Türkiyənin "MİLGEM" proqramı çərçivəsində inşa edilən üçüncü korvetin suya buraxılması mərasimi keçiriləcək.

Trend xəbər verir ki, tədbirdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edəcək.

2018-ci ildə Pakistan Hərbi Dəniz Qüvvələri MILGEM proqramı çərçivəsində dörd Ada sinif korvetinin tədarükü üçün müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Pakistan HDQ üçün ilk iki korvetin Türkiyədə İstanbul Dəniz Gəmiqayırma Zavodunda, qalan ikisinin isə Türkiyənin köməyi ilə Kəraçidəki gəmiqayırma zavodunda tikilməsi qərara alınıb.

"MİLGEM" layihəsi çərçivəsində ilk korveti olan BABUR (F-280) 15 avqust 2021-ci ildə suya buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti