Bakı. Trend:
Argentinalı mütəxəssislər ölkədə ilk mümkün meymun çiçəyinə yoluxma hadisəsini yoxlayırlar.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
"Səhiyyə Nazirliyi meymuna yoluxma ehtimalı barədə məlumat verir. Buenos-Ayres şəhəri xəstəliyə yoluxma ehtimalı olan bir xəstənin olduğunu bildirdi. Hələ təsdiqlənməyib", - deyə nazirlik qeyd edib.
Məlumata əsasən, Buenos-Ayres əyalətinin xəstə sakini aprelin 28-dən mayın 16-dək olduğu İspaniyadan qayıtdıqdan sonra meymun çiçəyi xəstəliyinə uyğun simptomlarla müraciət edib.