...

Cənubi Koreya ölkəyə gələn peyvənd olunmamış şəxslər üçün karantini ləğv edəcək

Dünya xəbərləri Materials 3 İyun 2022 05:18 (UTC +04:00)

Bakı. Trend:

Koreya Respublikasının hakimiyyəti gələn həftə koronavirusa qarşı peyvənd olunmamış ölkəyə gələn şəxslər üçün karantini ləğv edəcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Han Dok Su deyib.

"Biz xaricdən giriş üçün nəzarət sistemini yenidən təşkil edəcəyik. İndiyədək peyvənd olunmamış şəxslər xaricdən gəldikdən sonra 7 günlük karantində saxlanılırdılar, iyunun 8-dən bu məcburiyyət vaksinasiya statusundan asılı olmayaraq aradan qaldırılacaq", - deyə baş nazir bildirib.

O əlavə edib ki, gələnlər hələ də ölkə ərazisinə daxil olmamışdan üç gün əvvəl sərhəddə "PSR" testinin nəticələrini təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti