...

Alimlər xərçəngin sağlam hüceyrələr üçün toksik olmayan müalicə üsulunu tapıblar

Dünya xəbərləri Materials 7 İyun 2022 05:30 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın "Moskva Elektron Texnologiya İnstitutu" (MİET) Milli Tədqiqat Universitetinin alimləri Polşadan olan həmkarları ilə birlikdə sağlam bədən hüceyrələri üçün toksik olmayan ağciyər xərçəngi ilə mübarizədə effektiv olan dərman hazırlayıblar.

Trend xəbər verir ki, tədqiqatların nəticələri "International Journal of Molecular Sciences" jurnalında dərc edilib.

Alimlər qeyd edirlər ki, hazırda xərçəngin müalicəsində istifadə olunan dərmanlar orqanizm üçün toksikdir, əks təsirlərə səbəb olur və orqanizmin normal fiziologiyasına gözlənilməz təsir göstərir.

Onlar tərəfindən sintez edilən perspektivli preparat, tədqiqatın nəticələrinə görə, xərçəng xəstəliyinə qarşı yüksək aktivliyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti