Bakı. Trend:
"Fitch" beynəlxalq reytinq agentliyi 2022-ci ildə dünya ümumi daxili məhsulunun artım proqnozunu 3,5 faizdən 2,9 faizədək azaldıb.
Trend-in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir.
Eyni zamanda 2023-cü il üçün iqtisadi artım proqnozu 2,7 faizədək azaldılıb.
"Fitch" 2022-ci ildə ABŞ iqtisadiyyatının artım proqnozunu 2,6 faizədək, avrozonanın artım proqnozunu da eyni göstəriciyədək azaldıb.
Bundan başqa, "Fitch" ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini bu ilin ikinci rübündə 3 faiz, 2023-cü ilin birinci rübündə 3,5 faizədək artıracağını proqnozlaşdırır.