Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirə işgüzar səfəri çərçivəsində ölkə rəhbərliyi ilə danışıqlar aparacaq.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
Misir Afrikaya işgüzar səfərin ilk ölkəsi olacaq. S.Lavrov iyulun 24-dən 27-dək Efiopiya, Uqanda və Konqo Respublikasına da səfər edəcək.
Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bundan əvvəl bildirib ki, səfər zamanı rusiyalı nazir Misir rəhbərliyi ilə danışıqlar aparacaq.