Bakı. Trend:
ABŞ hakimiyyəti Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) yeniləmək təklifi ilə bağlı mövqeyi ilə tanış olaraq Avropa İttifaqına nəlumat verəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.
"Biz Aİ-nin təklif etdiyi dəyişiklikləri öyrənirik. Və tezliklə onlara öz münasibətimizi bildirəcəyik", - deyə o qeyd edib.
O, əlavə edib ki, ABŞ C.Borrelin təklifini qiymətləndirmək üçün "tez" hərəkət edəcək və birbaşa Brüsselə məlumat verəcək.
Qeyd edək ki, Avrop İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell "The Financial Times" qəzetinə deyib ki, "İranla nüvə sazişini xilas etməyin vaxtı çatıb". O, həmçinin "ideal razılaşma" olmadığını dediyi razılaşmanın yenidən başlaması təklifini təqdim edib.