...

İsveçrədə sakinlərə qışa qədər şam və odun yığmağa tövsiyə edilib

Dünya xəbərləri Materials 8 Avqust 2022 06:14 (UTC +04:00)
İsveçrədə sakinlərə qışa qədər şam və odun yığmağa tövsiyə edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

İsveçrənin Elektrik Enerjisi üzrə Federal Komissiyasının (ElCom) prezidenti Verner Luginbühl həmvətənlərini qışa qədər şam və odun ehtiyatı toplamağa çağırıb.

Trend bu barədə Lenta.ru-ya istinadən xəbər verir.

O, xəbərdarlıq edib ki, ölkəni sərt qış gözləyir.

Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi istisna edilmir.

“Hər kəs bir neçə saat ərzində elektrik enerjisinin kəsilməsi halında nə edəcəyini düşünməlidir”, - deyə o bildirib.

ElCom rəhbəri onu da qeyd edib ki, Avropa elektrik enerjisi və qazın geniş miqyaslı qıtlığı ilə üzləşmək riski altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti