...

İranda sutka ərzində koronavirusdan 78 nəfər ölüb

Dünya xəbərləri Materials 16 Avqust 2022 14:30 (UTC +04:00)
İranda sutka ərzində koronavirusdan 78 nəfər ölüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ötən sutka ərzində 5 972 nəfər koronavirusa (COVID-19) yoluxub, 78 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 143 093 nəfərə çatıb, yoluxanların sayı isə 7,48 milyondan çoxdur. Virus daşıyıcılarından 1 456 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,19 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti