...

Ukrayna limanlarından ərzaq daşıyan 4 gəminin yola salınmasına icazə verilib

Dünya xəbərləri Materials 9 Sentyabr 2022 06:54 (UTC +04:00)
Ukrayna limanlarından ərzaq daşıyan 4 gəminin yola salınmasına icazə verilib

Bakı. Trend:

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi ümumilikdə 58,8 min ton ərzaq daşıyacaq daha dörd gəminin Ukrayna limanlarından yola salınmasına icazə verib.

Trend-in məlumatına görə, bu barədə Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, “A-Line” və “Sevil” quru yük gəmiləri Çornomorskdan yola düşərək Misir və Rumıniyaya müvafiq olaraq 10,7 min ton qarğıdalı və 4,7 min ton kolza çatdıracaq. Daha iki gəmi - "Super Bayern" və "Lucky" Yujnı limanından çıxacaq. Birinci quru yük gəmisi 33 min ton qarğıdalı ilə Misirə yola düşəcək, ikincisi isə Yunanıstana 4400 ton arpa və 6 min ton qarğıdalı çatdıracaq.

Bütün gəmilərin sentyabrın 9-da dənizə çıxması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti