...

Meksikada şaxtada uçqun olub

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 01:11 (UTC +04:00)
Meksikada şaxtada uçqun olub

Bakı. Trend:

Meksikanın Duranqo ştatının İnde bələdiyyəsində şəxtada uçqun baş verib.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində regionun qubernatoru Esteban Bilyeqas yazıb.

"İnde bələdiyyəsində şaxtada baş vermiş qəza ilə əlaqədar təcili olaraq yardım göstərilməsi barədə göstəriş vermişəm. Artıq hadisə yerinə mülki müdafiə qüvvələri, xüsusi xilasetmə xidmətinin əməkdaşları və həkimlər cəlb olunub", - deyə qubernator bildirib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti