Bakı. Trend:
İspaniyanın Xilasetmə Xidməti bildirib ki, ötən gecə Atlantik okeanında Kanar adaları yaxınlığında 34 miqrantın olduğu qayıqda 4 cəsəd tapılıb.
Trend-in məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.
Məlumata əsasən, qalan 29 nəfər itkin düşmüş hesab olunur. Bir neçə saat əvvəl qəzaya uğrayan qayıqdan sağ qalan yeganə şəxs ticarət gəmisi tərəfindən xilas edilib.
Miqrantların hüquqlarını müdafiə edən "Caminando Fronteras" qeyri-hökumət təşkilatı öz növbəsində "Twitter"də bildirib ki, bu qayıqdan 24 sentyabrda, Qərbi Sahara sahillərindən çıxandan bir neçə saat sonra qəza siqnalı alıb.