...

Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb

Dünya xəbərləri Materials 3 Oktyabr 2022 13:35 (UTC +04:00)
Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi start götürüb.

Trend-in məlumatına görə, bu gün tibb və fiziologiya üzrə mükafatın laureatları açıqlanıb.

2022-ci ildə bu mükafatı isveçli Svante Peebo əldə edib.

O, insan təkamülü və qədim insanların genomları ilə bağlı kəşflərinə görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, oktyabrın 4-də fizika, oktyabrın 5-da kimya, 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti