...

Nepalda daşqınlarda 35 nəfər həlak olub

Dünya xəbərləri Materials 13 Oktyabr 2022 17:38 (UTC +04:00)
Nepalda daşqınlarda 35 nəfər həlak olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nepalın qərbindəki Karnali əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində bu həftənin əvvəlindən azı 35 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 20 nəfər itkin düşüb.

Təkcə son 24 saat ərzində 17 nəfər həyatını itirib.

Bölgədə xilasetmə və fəsadların aradan qaldırılması işləri üçün hərbçilər cəlb olunub.

Nepalda son beş ay ərzində təbii fəlakətlər nəticəsində azı 276 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti