Bakı. Trend:
Böyük Britaniyada milyonlarla istifadəçi adından "Amazon" şirkətinə qarşı iddia qaldırılıb.
Trend-in cümə axşamı verdiyi məlumata görə, 900 milyon funt sterlinq məbləğində iddia bu ayın sonunadək məhkəməyə təqdim olunacaq.
Qeyd olunur ki, "Amazon" onlayn satış bazarında dominant vəziyyətindən sui-istifadə edir və istehlakçılara maddi ziyan vurur. İddiaya əsasən, "Amazon" gizli alqoritm vasitəsilə istifadəçiləri daha baha məhsullar almağa yönəldir.
Şirkət öz növbəsində ittihamları qəbul etməyib.
Qeyd edək ki, "Amazon" 1994-cü ildə iş adamı Ceff Bezos tərəfindən kitab satışı platforması kimi yaradılıb.