Bakı. Trend:
Filippinin Mindanao adasında 6,1 bal gücündə zəlzələ baş verib.
Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mati şəhərindən 55 kilometr cənubda, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.