...

Korrupsiyaya görə saxlanılan Eva Kaylinin aktivləri donduruldu

Dünya xəbərləri Materials 12 Dekabr 2022 15:57 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstan Avropa Parlamentinin sədr müavini Eva Kaylinin aktivlərini korrupsiya şübhələrinə görə dondurub.

Trend “France Presse” agentliyinə istinadən xəbər verir ki, Kaylinin hesabları seyfləri də daxil olmaqla, onun qohumlarının aktivlərinə də həbs qoyulub.

Xatırladaq ki, Avropa Parlamentinin sədr müavini, yunan siyasətçi Eva Kayli və daha 3 nəfər korrupsiya işi ilə bağlı ittiham olunaraq həbs edilib.

Bir gün əvvəl Kaylinin evində axtarış da aparılıb.

Avropa Parlamentinin sədri Roberta Metsola korrupsiya qalmaqalından sonra Eva Kaylini vitse-prezident səlahiyyətlərindən məhrum edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti