...

Aİ, ABŞ və daha 11 ölkə "Talibanı" qadınların QHT-lərdə işləməsinə qoyulan qadağanı ləğv etməyə çağırıb

Dünya xəbərləri Materials 29 Dekabr 2022 07:50 (UTC +04:00)
Aİ, ABŞ və daha 11 ölkə "Talibanı" qadınların QHT-lərdə işləməsinə qoyulan qadağanı ləğv etməyə çağırıb

Bakı. Trend:

ABŞ da daxil olmaqla 12 ölkənin xarici işlər nazirləri, eləcə də Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Əfqanıstanın "Taliban" hərəkatının yaratdığı müvəqqəti hökuməti qadınların qeyri-hökumət təşkilatlarında (QHT) işləməsinə qoyulan qadağanı ləğv etməyə çağırıblar.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı birgə bəyanatda bildirilib.

"Avstraliya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç, ABŞ, Fransa, İsveçrə, Yaponiya və Aİ-nin xarici siyasət idarəsinin rəhbəri "Taliban"ın qadınların QHT-lərdə işləməsini qadağan edən ehtiyatsız və təhlükəli əmrindən dərin narahatdırlar. Çünki bu qərar yaşamaq üçün humanitar yardımdan asılı olan milyonlarla əfqanıstanlını təhlükə altına qoyur. Biz "Taliban"ı təcili olaraq bu qərarı ləğv etməyə çağırırıq", - deyə birgə bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti