Bakı. Trend:
Rusiyanın Xabarovsk diyarının Fedorovka kəndində fərdi yaşayış evində yanğın baş verib.
Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsinin Regional İdarəsindən bildirilib.
Məlumata əsasən, yanğın nəticəsində evdə olan 3 nəfər həlak olub. "Dekabrın 31-də axşam saatlarında Xabarovsk rayonunun Fedorovka kəndinin Naberejnaya küçəsində taxta konstruksiyalı yaşayış evində yanğın baş verib. Nəticədə evdə yaşayan və spirtli içki qəbul edən qadın və kişi, eləcə də onların qonağı dünyasını dəyişib", - deyə məlumatda bildirilir.
İnsidentlə bağlı araşdırma aparılır. Yanğının səbəbi hələ məlum deyil.