...

Nensi Pelosini o əvəz edəcək

Dünya xəbərləri Materials 7 Yanvar 2023 10:31 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın 118-ci Konqresi Kaliforniyadan olan respublikaçı Kevin Makkarti Nümayəndələr Palatasının sədri seçdi.

Trend xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının qarşısını almaq üçün təxribat xarakterli hərəkətləri ilə tanınan Kaliforniya əsilli demokrat, qızğın ermənipərəst Nensi Pelosini əvəz edəcək.

Bundan əvvəl Makkarti Respublikaçı Nümayəndələr Palatasının Azlıq Rəhbəri vəzifəsində çalışıb. Ən əsası o, Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə nisbi neytrallığı və mötədilliyi ilə seçilir.

Qeyd edək ki, Makkarti ABŞ-dakı erməni icması arasında o qədər də populyar deyil, bunu ABŞ-dakı ermənilərin ən böyük və nüfuzlu təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) saytında onun aşağı reytinqi sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti