Bakı. Trend:
Yanvarın 22-də hakerlər Cənubi Koreyanın 12 təhsil müəssisəsinin veb-saytlarını sındırıblar.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Koreya İnternet və Təhlükəsizlik İdarəsinə istinadən bildirib.
Məlumata əsasən, bu təşkilatlara Çeçjudo Universitetinin və Koreya Dövlət Təhsil Universitetinin ayrı-ayrı fakültələri daxildir. 12 saytın əksəriyyəti yanvarın 25-i səhərə qədər əlçatan deyildi. Koreya İnternet və Təhlükəsizlik İdarəsi də cinayətkarların hədəfi olub, lakin onun səhifəsinə zərər dəyməyib.
"Yonhap" agentliyi bildirib ki, söhbət Çinin "Cyber Security Team" qruplaşmasından gedir. Cinayətkarların sözlərinə görə, Ay təqviminə görə Yeni il bayramı zamanı onlar Koreya Respublikasının 70 təhsil müəssisəsinin kompüter şəbəkələrinə daxil ola biliblər.