Bakı. Trend:
İtaliyada regional seçkilərdə səsvermə bazar günü iqtisadi cəhətdən lider olan ölkənin Lombardiya vilayətində və Latsioda başlayıb.
Trend-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.
Ümumilikdə seçki qutularına 12 milyon vətəndaş dəvət olunub. Regional administrasiyaların rəhbərləri (qubernatorları) ilə yanaşı, regional şuraların (parlamentlərin) üzvləri də seçilir.
Əsas mübarizə hazırda milli səviyyədə hakimiyyətdə olan sağ-mərkəzçi koalisiyadan olan namizədlərlə əsası Demokratik partiya olan sol mərkəzçi partiyaların nümayəndələri arasında gedir.