Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş çərşənbə axşamı Suriyada güclü zəlzələdən zərər çəkmiş insanlara kömək etmək üçün təxminən 400 milyon dollar toplanması lazım olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə baş katibin mətbuat xidmətinin "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, bu vəsait "təxminən 5 milyon suriyalıya çox ehtiyac duyulan həyati əhəmiyyətli yardımı təmin etməyə kömək edəcək".
A.Quterreş Suriyaya humanitar yardımın çatdırılmasına mane olmamağa da çağırıb:
"Yardım bütün marşrutlar üzrə hər tərəfdən hər tərəfə - heç bir məhdudiyyət olmadan gəlməlidir".