...

ABŞ-a məxsus 200-dən çox hərbi texnika Avropaya gətirilib

Dünya xəbərləri Materials 15 Fevral 2023 04:43 (UTC +04:00)
ABŞ-a məxsus 200-dən çox hərbi texnika Avropaya gətirilib

Bakı. Trend:

ABŞ-a məxsus 150-dək hərbi texnika və 60 “Bardley” piyada döyüş maşını Avropanın “Bremerhaven” limanına gətirilib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı “Nordsee Zeitung” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu texnika çox güman ki, Kiyev üçün nəzərdə tutulub.

Yanvarın 6-da Vaşinqton Kiyevə daha 3 milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib. Bu paketə “Bradley” piyada döyüş maşınları və özüyeriyən haubitsalar daxildir.

Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, Kiyevə silah verilməsi yalnız münaqişəni uzatsa da, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti