...

Panamada avtobus dərəyə aşıb, çox sayda ölən var

Dünya xəbərləri Materials 15 Fevral 2023 21:13 (UTC +04:00)
Panamada avtobus dərəyə aşıb, çox sayda ölən var

Bakı. Trend:

Panamanın Çiriki əyalətində sərnişin avtobusu dərəyə aşıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, qəza nəticəsində azı 39 nəfər həlak olub.

"İlkin məlumatlara görə, <...> 39 nəfər ölüb, xəsarət alanların müalicəsi müxtəlif xəstəxanalarda və tibb müəssisələrində aparılır", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, qəza zamanı avtobusda 66 xarici miqrant olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti