...

Türkiyə ordusu fəlakətin nəticələrinin aradan qaldırılmasına mümkün töhfə verir - Akar

Dünya xəbərləri Materials 17 Fevral 2023 21:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar episentri Kahramanmaraş vilayətində olan iki dağıdıcı zəlzələdən zərər çəkən ölkənin bölgələrinin tezliklə bərpasına ümid etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə nazir Quru Qoşunları Komandanı Musa Avsever ilə birlikdə Türkiyə Ordusu Aviasiyanın helikopterlərin koordinasiyası üzrə Mərkəzini ziyarət edən zamanı deyib.

H.Akar qeyd edib ki, zəlzələlərdən dərhal sonra Türkiyə Silahlı Qüvvələri fəlakət zonasına xilasedicilər, həkimlər və humanitar yardımların çatdırıldığı “hava yardım dəhlizi” yaradıb. Eyni zamanda yaralılar da sürətlə təxliyə edilir:

"Fevralın 6-dan indiyədək təbii fəlakət zonasında 65 təyyarə və 66 helikopter və 41 PUA-nın iştirakı ilə 2602 uçuş qeydə alınıb. Təyyarələr ABŞ, İndoneziya, Niderland, Böyük Britaniya, Qətər və Norveçdən gəlib. Bu təsir edici rəqəmdir. 32 qəsəbəyə, 152 kəndə yardım paylamaq mümkün olub".

Nazir qeyd edib ki, dəniz yolu ilə də dağıntı zonasına humanitar yardım və xüsusi texnika çatdırılır.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin desant gəmiləri olan "TCG Sancaktar" və "TCG Bayraktar" xəstəxanalara çevrilərək zərərçəkənlərə tibbi xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti