...

Şimali Koreya Yapon dənizinə doğru raket buraxıb

Dünya xəbərləri Materials 20 Fevral 2023 03:27 (UTC +04:00)
Şimali Koreya Yapon dənizinə doğru raket buraxıb

Bakı. Trend:

Şimali Koreya ballistik raketin buraxılışını həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə "Renhap" agenliyi Cənubi Koreya ordusuna istinadən bildirib.

Məlumata əsasən, Şimali Koreya tərəfindən Yaponiya dənizinə doğru naməlum ballistik raket buraxılıb.

Buraxılş barədə məlumatı Yaponiya mətbuatı da təsdiqləyib.

"NHK" telekanalı bildirib ki, Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyadan ehtimal edilən ballistik raketin buraxılışını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti