...

Misirin XİN başçısı Suriya və Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 27 Fevral 2023 00:38 (UTC +04:00)
Misirin XİN başçısı Suriya və Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Misirin xarici işlər naziri Sameh Şükri fevralın 27-də Suriya və Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

“Xarici işlər naziri Suriya və Türkiyədə keçirəcəyi görüşlərdə Misirin iki ölkənin zəlzələdən zərər çəkmiş bölgələrində zərərçəkənlərə yardım göstərməyə hazır olduğunu təsdiq edəcək”, - Misir XİN-dən bildirilib.

Qeyd edək ki, Misirin xarici işlər nazirinin bu ölkələrə səfəri son on ildə ilk olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti