Bakı. Trend:
Türkiyə Hatay vilayətində plastik yeşiklərin istehsalı zavodunda yanğın olub.
Trend-in məlumatına görə, hadisə vilayətin Antakya rayonunda qeydə alınıb.
Məlumata əsasən, tanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə yanğın 30 dəqiqə ərzində nəzarətə götürülüb. Soyutma işləri davam edir. Bildirilib ki, yanğının baş vermə səbəbləri araşdırılır.