...

TPAO şirkəti mədəncilik sahəsi üzrə Türkiyədə 10-dan çox layihə həyata keçirəcək

Dünya xəbərləri Materials 3 Mart 2023 18:19 (UTC +04:00)
TPAO şirkəti mədəncilik sahəsi üzrə Türkiyədə 10-dan çox layihə həyata keçirəcək

Bakı. Trend:

2023-cü ildə Türkiyənin TPAO şirkəti mədəncilik sahəsi üzrə ölkədə 11 layihə həyata keçirəcək.

Bu barədə TurkicWorld-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 76,6 milyard lirədir.

“Bu il üçün nəzərdə tutulan layihələrin hamısı şirkət hesabına həyata keçiriləcək”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə enerji sahəsində 47 layihə həyata keçiriləcək.

Nəzərdə tutulan layihələrin ümumi dəyəri 78,9 milyard lirədir.

Bu il üçün nəzərdə tutulan layihələrin hamısı dövlət hesabına həyata keçiriləcək.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə enerji sahəsində olan layihələrə ümimilikdə 79,7 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 12,3 milayrd lirə xarici kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti