...

Fevral ayında Türkiyənin Aliağa limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb

Dünya xəbərləri Materials 13 Mart 2023 16:35 (UTC +04:00)
Fevral ayında Türkiyənin Aliağa limanı tərəfindən qəbul edilən yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin İzmir şəhərində yerləşən Aliağa limanı 11 milyon 295 min 623 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 262 min 942 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 11 milyon 32 min 681 ton yük daşınıb.

“2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin Aliağa limanından 80 min 943 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub.

2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton tranzit yük daşınıb.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton tranzit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti