...

Yanvar-fevral aylarında Türkiyə Özbəkistana polad ixracını azaldıb

Dünya xəbərləri Materials 21 Mart 2023 11:54 (UTC +04:00)
Yanvar-fevral aylarında Türkiyə Özbəkistana polad ixracını azaldıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-fevral aylarında Özbəkistana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 54,4 faiz azaldaraq 6,1 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Bu ilin fevral ayında Türkiyə Özbəkistana polad ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 38,9 faiz azaldaraq 3,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz azalaraq 2,2 milyard dollara bərabər olub.

Bu ilin fevral ayında Türkiyə 1,1 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 38,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023- fevral 2023) Türkiyə 31,6 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti