Bakı. Trend:
"Yeddilik Qrupu" (G7) ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsinin zəruriliyi məsələsini birgə təşviq etmək niyyətindədirlər.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Bu məsələnin may ayında Hiroşimada keçiriləcək sammitin yekunları üzrə "G7" liderlərinin birgə bəyanatında öz əksini tapmasının planlaşdırıldığı vurğulanıb.
Agentliyin mənbələrinə görə, qlobal bank sistemində yaranan böhran fonunda "G7" ölkələri kriptoaktivlərin sahiblərinin qorunmasına yönəlmiş qanunvericilik bazasının hazırlanmasını zəruri hesab edirlər.