...

Türkiyə kosmosa ilk dəfə öz müşahidə peykini buraxacaq - Ərdoğan (FOTO)

Dünya xəbərləri Materials 9 Aprel 2023 15:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin ilk müşahidə peyki aprelin 11-də kosmosa buraxılacaq.

Trend xəbər verir ki, bu barədə bazar günü özünün "Twitter" səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

"Yüksək ayırdetmə qabiliyyətinə malik ilk milli istehsalımız olan IMECE müşahidə peykimiz aprelin 11-də kosmosa buraxılacaq", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə özünün insan resursları, imkanları və texnologiyası ilə qlobal kosmos yarışında irəliləməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti