...

Qüdsdə avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var (VİDEO)

Dünya xəbərləri Materials 24 Aprel 2023 19:04 (UTC +04:00)
Qüdsdə avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var (VİDEO)

Bakı. Trend:

Qüdsün mərkəzində avtomobil piyadaların üzərinə sürülüb.

Trend xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hadisə nəticəsində 5 piyada xəsarət alıb. Sürücü hadisə yerində zərərsizləşdirilib.

Hadisə yerinə böyük polis qüvvələri cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti