...

Doqquz kriptovalyuta birjasının domen adı dələduzluğa görə bağlanıb

Dünya xəbərləri Materials 4 May 2023 11:12 (UTC +04:00)
Doqquz kriptovalyuta birjasının domen adı dələduzluğa görə bağlanıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən kibercinayətkarlara yardım etdiyi iddia olunan 9 müxtəlif kriptovalyuta birjasının domen adları bağlanıb.

Trend-in məlumatına görə, kriptovalyuta birjalarının lisenziyasız fəaliyyət göstərdiyi bildirilib. Birjalarda fırıldaqçılar və kibercinayətkarların fəaliyyət göstərdiyi qeyd edilib.

24xbtc.com, 100btc.pro, Pridechange.com, Trust-Exchange.org və Bitcoin24.exchange bağlanan internet saytları arasındadır. Açıqlamaya görə, müvafiq domen adları lisenziyalı mübadilələr üçün tələb olunan qaydaları yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti