...

"Taliban"nın müvəqqəti hökumətinin başçısı istefa verib

Dünya xəbərləri Materials 17 May 2023 00:28 (UTC +04:00)
"Taliban"nın müvəqqəti hökumətinin başçısı istefa verib

Bakı. Trend:

"Taliban" hərəkatı tərəfindən formalaşdırılan Əfqanıstanın müvəqqəti hökumətinin baş naziri Məhəmməd Həsən Axund səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş edib.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı "Taliban"nın hökumətindəki mənbəyə istinadən bildirib.

Adının açıqlanmasını istəməyən əfqan məmurunun sözlərinə görə, Əbdül Kəbir "Taliban" hökumətində müvəqqəti baş nazir təyin edilib. O, əvvəllər Məhəmməd Həsə Axundun siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Bu məlumatı Əfqanıstanın "Tolo News" telekanalının məənbəsi təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti