...

Yaponiya Rusiya əleyhinə sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 26 May 2023 09:40 (UTC +04:00)
Yaponiya Rusiya əleyhinə sanksiyaları genişləndirib

Bakı. Trend:

Yaponiya Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaları sərtləşdirib.

Trend cümə günü xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumata görə, yenilənmiş sanksiya siyahısına Rusiyadan 17 fiziki şəxs və 78 təşkilat daxildir, onların Yaponiyadakı aktivləri dondurulub.

Həmçinin 80 təşkilata qarşı ixrac məhdudiyyətləri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti