...

Bu avtomobildən yalnız 333 ədəd istehsal ediləcək

Dünya xəbərləri Materials 3 İyun 2023 05:34 (UTC +04:00)
Bu avtomobildən yalnız 333 ədəd istehsal ediləcək

Bakı. Trend:

Alman avtomobil istehsalçısı “Volkswagen” 333 ədəd istehsal olunacaq “Golf R 333” avtomobilini təqdim edib.

Trend-in məlumatına görə, “Golf R 333 Limited Edition” 100 km/saat sürəti 4,6 saniyəyə yığır və maksimal sürəti 270 km/saata çatır.

Almaniyada iyunun 2-dən sifarişlər qəbul edilməyə, sentyabrda isə istehsala başlanılacaq.

Qiymətə gəldikdə, “Golf R 333”-ün bazara 76 min 410 avroya təqdim ediləcəyi açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti