...

Qazaxıstanda silahlı şəxs bank binasında bir neçə şəxsi girov saxlayır

Dünya xəbərləri Materials 18 İyun 2023 14:27 (UTC +04:00)
Qazaxıstanda silahlı şəxs bank binasında bir neçə şəxsi girov saxlayır

Bakı. Trend:

Qazaxıstanda silahlı şəxs bank binasına hücum edib.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, silahlı şəxs Astanada "Kaspi" bankın binasında bir neçə şəxsi girov saxlayır.

"Polis əməkdaşları hadisə yerindədir, həmin şəxslə danışıqlar aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt sakinlərindən sakit olmağı və səlahiyyətli orqanlara işlərinin görülməsinə icazə vermələrini xahiş edirlər", - deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti