...

Türkiyə bu gündən gəmilərin boğazlardan tranziti üçün rüsumları artırır

Dünya xəbərləri Materials 1 İyul 2023 07:25 (UTC +04:00)
Türkiyə bu gündən gəmilərin boğazlardan tranziti üçün rüsumları artırır

Bakı. Trend:

Türkiyə bu gündən ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına artırır.

Trend xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu bildirib.

Keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.

"1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq. Prezidentin sərəncamı əsasında tariflərə hər il yenidən baxılacaq”, - deyə Abdülqadir Uraloğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti