...

Fransada bir gecədə 1000-ə yaxın etirazçı saxlanıldı

Dünya xəbərləri Materials 1 İyul 2023 11:33 (UTC +04:00)

Bakı. Trend:

Fransa polisi və jandarmları magistral patrulun tələblərini yerinə yetirməkdən boyun qaçıran 17 yaşlı əlcəzairəsilli sürücünün qətlə yetirilməsindən sonra başlayan etirazlar zamanı 994 etirazçını bir gecədə saxlayıb.

Trend xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb. Bu rəqəm polisin 875 nəfəri saxladığı cümə gecəsinin nəticələrinə görə saxlanılan etirazçılarıın sayını bir qədər də üstələyir.

İyulun 1-nə keçən gecə Daxili İşlər Nazirliyi iğtişaşların yatırılması üçün 45 min hüquq-mühafizə orqanı əməkdaşını cəlb edib. Fransanın bəzi şəhərlərində xüsusi təyinatlılar küçələrdə patrul növbətçiliyi edir, zirehli texnika və helikopterlərdən istifadə edilir. Hakimiyyət vəziyyəti ələ almaq üçün milli jandarmeriyanın zirehli dəstəsini də cəlb etmək qərarına gəlib.

Cümə günü Fransanın daxili işlər naziri Gerald Darmanin isə açıqlamasında bildirib ki, iyunun 30-na keçən gecə saxlanılan etirazçıların orta yaşı 17-dir.

Ən böyük iğtişaşlar Marsel, Lion, Sent-Etyen, Tuluza, Bordo, eləcə də Parisətrafı qəsəbələrdə, xüsusən də Sen-Denidə baş verib.

Xatırladaq edək ki, Fransada kütləvi iğtişaşlar polisin 27 iyunda 17 yaşlı gənci güllələməsindən sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti